“Rus zabitlər də Njdenin heykəlinin sökülməsini istəyirdi” - Erməni deputat

 “Rus zabitlər də Njdenin heykəlinin sökülməsini istəyirdi” -   Erməni deputat
  15 Fevral 2021    Oxunub:7042
Ermənistan parlamentinin deputatı Sofiya Ovsepyan Rusiyanın ermənilərin faşist "qəhrəmanı" Qaregin Njdeyə heykəl qoyulmasına qarşı çıxdığını təsdiqləyib.

Azvision.az xəbər verir ki, deputat "dostlarının" Njde ilə bağlı məsələdə onları tək qoymasından gileylənib:
"Təəssüf hissi ilə deməliyəm ki, Rusiya tərəfinin Njdeni nasist hesab edərək heykəlin sökülməsini təklif etməsi barədə yayılan xəbərlər həqiqətdir".

Onun sözlərinə görə, Xocavənddə erməni cəllada heykəlin qoyulmasına 3 qüvvə qarşı çıxıb. Bunlar Türkiyə və Azərbaycan, Soros Fondunun fikirlərini bölüşən bir çox ermənilər və bəzi yüksək rütbəli rusiyalı zabitlərdir.

"Hamını eyni səviyyəyə qoymaq istəmirəm. Dostluğu düşmənçilikdən aydın şəkildə ayırd edə bilərik. Njde məsələsində hər üç tərəfin yanaşmasının eyni və ya oxşar olduğu ortaya çıxdı. Bu fikri yüksək rütbəli rus zabitlərdən biri dilə gətirdi: "Siz məktəbin yanında nasist olmuş Njdeyə bir abidə ucaltdınız. Bu uşaqlara nə öyrətmək istəyirsiniz?". Ümid edirəm ki, bu, Rusiyanın rəsmi mövqeyi deyil, zabitlər yalnız öz təşəbbüsləri ilə belə davranıblar".

Qeyd edək ki, Sofya Ovsepyanın daha əvvəl yaydığı məlumata görə, Njdenin Xocavənddəki abidəsi azərbaycanlıların tələbi ilə sökülüb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Njde   Heykəl   Faşist  





Xəbər lenti