“Britaniya ştammı” daha ölümcüldür - Alimlərdən xəbərdarlıq

 “Britaniya ştammı” daha ölümcüldür -  Alimlərdən xəbərdarlıq
  15 Fevral 2021    Oxunub:3899
Yeni və İnkişaf etməkdə olan respirator virusları üzrə məsləhət qrupunun (NERVTAG) elm adamları Britaniyada aşkarlanan koronavirus ştammının ilkin formadan daha təhlükəli olduğunu etiraf ediblər.
Azvision.az xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilib.

Mütəxəssislər COVID-19-a yoluxma halları ilə bağlı Londonun aparıcı tibb müəssisələrindən alınan məlumatları araşdırıblar və virusun yeni variantının daha ölümcül olduğunu aşkar ediblər.

Onlar düşünürlər ki, virusun yeni variantı yüzdə 30-70 faiz daha ölümcüldür.

Eyni zamanda, tədqiqatçılar vurğulayıblar ki, bütün statistik məlumatlar belə bir tendensiyanı ortaya qoysa da, yeni ştammın ölüm səbəblərini və daha dəqiq göstəricilərini müəyyənləşdirmək üçün ətraflı təhlilə ehtiyac var.

Alimlər ölüm riskinin artmasını koronavirusun Britaniya variantına yoluxduqda artan virus yükü ilə əlaqəli olduğunu güman edirlər. Onların fikrincə, bu, xəstəliyin daha ağır gedişinə səbəb olur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti