40-dan çox ölkə Çin peyvəndini seçdi

 40-dan çox ölkə Çin peyvəndini seçdi
  16 Fevral 2021    Oxunub:2154
Avropa, Asiya və Latın Amerikasının 40-dan çox ölkəsi Çin istehsalı olan 500 milyon dozadan artıq COVID-19 peyvəndini sifariş edib.
Azvision.az xəbər verir ki, bu barədə Çinin "Global Times" qəzeti məlumat yayıb.

Bildirilib ki, Çinin "Sinopharm", "Sinovac" və "CanSinBio" şirkətlərinin hazırladığı peyvəndlər həm ölkə daxilində istifadə olunur, həm də xaricə ixrac edilir.

Çin peyvəndlərini fövqəladə istifadə üçün təsdiq edən ölkələrdən Türkiyə, Pakistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Macarıstan, İndoneziya, Braziliya və digərləri bu vaksinlərdən istifadəyə başlayıb.

Bundan əlavə, bir neçə ölkə Çin şirkətləri ilə peyvənd alınması üçün müqavilələr bağlayıb.

Qeyd edək ki, Azərbaycanda da Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVAC" peyvəndindən istifadə edilir.

Azvision.az


Teqlər: Çin   Peyvənd  





Xəbər lenti