100-dən çox cəsəd Ermənistana təhvil verildi

   100-dən çox cəsəd Ermənistana təhvil verildi
  17 Fevral 2021    Oxunub:2332
Azərbaycan Dağlıq Qarabağda son döyüş əməliyyatları zamanı məhv edilmiş daha 106 erməni hərbçinin cəsədini qarşı tərəfə təhvil verib.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, meyitlərin qalıqları Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistana qaytarılıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası keçiriləcək.

Məlumata görə, tərəflər birinci Qarabağ müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səylər göstərir.

Qeyd olunub ki, bu günədək itkin kimi axtarışda olan 1379 erməni hərbçinin cəsədi və qalıqları tapılıb.

Azvision.az


Teqlər: Qarabağ   Erməni   Hərbçi   Cəsəd  





Xəbər lenti