Həmsədrlər Ayvazyanla da danışıqlar aparıb

  Həmsədrlər Ayvazyanla da danışıqlar aparıb
  17 Fevral 2021    Oxunub:2270
ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) birgə bəyanat yayıblar.
Azvision.az xəbər verir ki, bəyanat ATƏT-in rəsmi saytında yayımlanıb.

Bəyanatda bildirilib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Aivazian və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsi Andjey Kaspşik görüşlərə qatılıb.

Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesi və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin rolu ilə əlaqədar fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: ATƏT   Minsk-Qrupu   Həmsədrlər  





Xəbər lenti