“Bu, ümidverici bir addımdır” - Səfirdən vaksin paylaşımı

“Bu, ümidverici bir addımdır” -  Səfirdən vaksin paylaşımı
  17 Fevral 2021    Oxunub:1697
Böyük Britaniya koronavirusla qlobal mübarizədə iştirak etməkdən qürur duyur.
Azvision.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Tvitter” hesabında yazıb.

Diplomat qeyd edib ki, Oksford Universitetinin “AstraZeneca” şirkətilə birgə hazırladığı peyvəndin COVAX vasitəsi ilə yayılması Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənib.

“Bu, vaksinlərə ədalətli çıxışın təmin edilməsi üçün ümidverici bir addımdır”, - diplomat vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Səfir   Vaksin  





Xəbər lenti