Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana gedənlərdən bu sənədlər tələb olunur - DMX rəisi açıqladı

Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana gedənlərdən bu sənədlər tələb olunur -  DMX rəisi açıqladı
  17 Fevral 2021    Oxunub:10093
Hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarından tələb olunan sənədlər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

Qeyd olunub ki, Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslərdən uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi tələb olunur. Rusiyaya səfər üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır.

Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidir.

Bundan əlavə, Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir. Həmçinin quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən Səfirliklərinə (Konsulluqlarına) müraciət etməlidir.

Azvision.az


Teqlər: Miqrasiya-Xidməti  





Xəbər lenti