“Qarabağa dair açıqlamalar diqqətlə araşdırılmalıdır” - Marukyan

 “Qarabağa dair açıqlamalar diqqətlə araşdırılmalıdır” -  Marukyan
  17 Fevral 2021    Oxunub:2521
Ermənistanın həm keçmiş, həm də mövcud rəhbərlərinin Dağlıq Qarabağa dair açıqlamaları müstəqil komissiya tərəfindən yoxlanılmalıdır.
Azvision.az xəbər verir ki, bunu "Parlaq Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan deyib.

Onun sözlərinə görə, danışıqlar prosesi, döyüş əməliyyatlarından əvvəl və döyüş zamanı ordunun vəziyyəti ilə əlaqəli bütün aspektlər diqqətlə araşdırılmalıdır.

“Komissiya həm hökumət, həm də müxalifətin bərabər iştirakı ilə paritet əsasında qurulmalıdır, yalnız bu halda onun qərarı qərəzsiz olacaq və daha çox etimad yaradacaq.
1-2 mart 2008-ci il hadisələrini və 2016-cı il aprel müharibəsini araşdırmaq üçün yaradılan parlament komissiyalarına inamsızlıq mövcuddur, çünki bunlara hazırkı hökumətin nümayəndələri rəhbərlik edir".

Marukyan deyib ki, 2 oktyabrda Qarabağda olub və ona təcrübəli generalların həqiqətən komandanlığa və hətta hərbi əməliyyatların müzakirəsinə qatılmasına icazə verilmədiyini bildiriblər.

"Mən özüm və fraksiyanın deputatları Qarabağda olaanda Arayik Arutyunyanın (separatçıların lideri - red) cəbhə xəttində olduğu deyildi. Deputatlar ora qoşulmağa qərar verdi. Ancaq "spiker" Artur Tovmasyan da daxil olmaqla "Artsax" parlamentinin deputatları İrəvana qayıtmalı və əməliyyatın dayandırılması üçün səy göstərməli olduğumuzu söylədilər.

11 oktyabrda Ermənistan parlamentində müzakirə zamanı Rusiya prezidentinə zəng etməyi təklif etdik. Bizə dedilər ki, onda Azərbaycan tərəfinin tələb etdiyini dinc şəkildə geri qaytarmaq lazım olacaq. Yəni yeddi rayon nəzərdə tutulurdu. Hakimiyyət orqanları hansı alternativi təklif etdi? Dəstələrdə mübarizə aparmaq? Ancaq biz öz qurumlarımız olan bir dövlətik, bunun üçün hərbi komissarlar var. Onlar necə hərəkət etdilər?", - Marukyan əlavə edib.

Onun sözlərinə görə, illərdir cəmiyyətə ordunu təchiz etmək üçün bəzi maddi faydaları qurban verməyin lazım olduğu fikri aşılanır. Lakin 2016-cı ilin aprel döyüşlərindən sonra orduda çox şey olmadığı ortaya çıxdı - əsgərlərin təchiz edilməsindən yeni texnikaya qədər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti