Xocavəndin məşhur kəndi - Tuğdan FOTOREPORTAJ

Xocavəndin məşhur kəndi -  Tuğdan FOTOREPORTAJ
  17 Fevral 2021    Oxunub:13059
Növbəti səfərimiz işğaldan azad olunmuş Xocavənd rayonunun Tuğ kəndinədir. Dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşən kənd sözün əsl mənasında cənnəti xatırladır.
Dünyada məşhur olan Azıx və Tağlar mağaraları Tuğ kəndinin yaxınlığında yerləşir. 1991-ci il oktyabrın 30-dan 31-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Tuğ 2020-ci il noyabrın 9-da Müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunub.

İşğaldan əvvəl kənddə azərbaycanlılarla azsaylı ermənilər birgə yaşayıb. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda erməni separatçıları azərbaycanlılara qarşı soyqırımlar törədiblər. O cümlədən Tuğ kəndin də həmyerlilərimiz ermənilər tərəfindən amansız hücumlara məruz qalıb.



İşğal dövründə kənddə azərbaycanlılara məxsus tarixi abidələr, məscidlər, qəbiristanlıqlar ermənilər tərəfindən tamamilə məhv edilib. Belə ki, işğaldan öncə Tuğda mədəniyyət mərkəzi, musiqi məktəbi, şərab zavodu, məktəblər, teatr dərnəkləri fəaliyyət göstərib. Ermənilər kəndi işğal etdikdən sonra onların hamısı darmadağın olub.



Tuğ Azərbaycanda nadir kəndlərdəndir ki, həm qədimliyi, həm də mədəni dəyərləri ilə seçilib.

Erməni vandalları işğaldan sonra buradakı tarixi abidələrimizi də saxtalaşdırmağa çalışıblar. Eyni zamanda kənddə yerləşən qədim alban məbədlərini kilsəyə çeviriblər.

Tuğ kənd sakini Nizami Hüseynov bizimlə söhbətində bildirdi ki, həmin məbəd mədəniyyət evi kimi istifadə edilib. Onun sözlərinə görə, ermənilər kənddə azərbaycanlılara aid olan hər şeyin izini itirmək istəyiblər.



Məbəd ərazisindəki daşlar sonradan düzəldilərək oraya gətirilib. İşğalçılar yalançı qəbiristanlıq salmaqla, buranın guya qədim erməni kilsəsi olması görüntüsünü yartamaq istəyiblər.

Kənddə olduğumuz zamanı bir neçə evə də baş çəkdik. Görünən o idi ki, işğaldan sonra ermənilər kənddə yaşayıb, azərbaycanlılara məxsus olan nə varsa, hamısını mənimsəyiblər.



































Anar Kəlbiyev
Azvision.az


Teqlər: Xocavənd   Tuğ   Kənd  





Xəbər lenti