Qarabağdan oğurluq edən ermənilər tutuldu - VİDEO

 Qarabağdan oğurluq edən ermənilər tutuldu -  VİDEO
  17 Fevral 2021    Oxunub:2994
Qarabağdan Ermənistana döyüş sursatı və əsgərlər üçün nəzərdə tutulan konservləri oğurlayıb gətirən iki nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni polisi məlumat yayıb.

Qeyd edilib ki, 47 və 55 yaşlı iki kişi İrəvan-Mehri magistral yolunda saxlanılaraq Exeqnadzora polis bölməsinə aparılıblar.

Avtomobildə axtarış zamanı Müdafiə Nazirliyinin ehtiyacları üçün nəzərdə tutulmuş 1309 pulemyot patronu və 240 qutu "tuşenka" tapılıb.

Ermənilərdən biri patronları və konservləri keçən ilin oktyabrında Qarabağdakı döyüşlər zamanı əldə etdiklərini söyləyib. Onları gizlədib və indi götürməyə qərar verib.

Hadisə ilə bağlı araşdırma aparılır.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti