130-dan çox ölkə hələ də vaksin ala bilməyib

  130-dan çox ölkə hələ də vaksin ala bilməyib
  17 Fevral 2021    Oxunub:2231
BMT-nin Baş katibi Antoniu Quterriş vaksinin daha ədalətli paylanması üçün ölkələri təcili olaraq koronavirus əleyhinə qlobal vaksinasiya planı hazırlamağa çağırıb.

Azvision.az xəbər verir ki, Quterrişin sözlərinə görə, COVID-19-a qarşı istehsal olunan bütün vaksinlərin 75 faizi cəmi 10 dövlətin əlində cəmləşib, 130 ölkə isə hələ də vaksin ala bilməyib.
BMT-nin Baş katibi vaksinasiya prosesinin bərabər və ədalətli olmadığını deyib. O, həmçinin qeyd edib ki, silahlı münaqişələrdən əziyyət çəkən insanlar vaksinasiyadan tam kənarda qala bilər.

“Güman edirəm ki, G20 ölkələri qlobal vaksinasiya planının hazırlanması, onun icrası və maliyyələşməsi üçün təcili işçi qrupunun yaradılması imkanlarına malikdir”, - deyə Quterriş bildirib.

Baş katibin sözlərinə görə, işçi qrupu əczaçılıq şirkətlərini və müvafiq sahədə fəaliyyət göstərən əsas oyunçuları prosesə cəlb edə bilər: “Mən həmin cəhdləri dəstəkləmək üçün BMT-nin bütün sistemini səfərbər edə bilərəm. Bu həftə keçiriləcək G7 sammiti lazımi maliyyə resurslarını cəlb etmək üçün impuls ola bilər”.

Azvision.az


Teqlər: BMT   Vaksin  





Xəbər lenti