"Müraciət edənləri həkim müayinə edir. Səhhəti imkan verirsə, həkim otağına yola salınır. Peyvənd olunduqdan sonra 30 dəqiqə gözləmə otağında qalır. Xəstəxanada 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası davam edir. Eyni zamanda tibbi heyətimizə peyvəndin ikinci dozası vurulur. Vaksinasiya prosesi uğurla gedir. Hər hansı ağırlaşma yoxdur. Yüngül ağrı və bəzən qızdırma olur ki, bu da normal haldır. Ümumilikdə peyvənd olunan şəxslərin vəziyyəti yaxşıdır".
Aytən Zəhra
Azvision.az
Teqlər: Vaksinasiya Peyvənd