Makronun fiaskosu: Parisə rədd cavabı verildi

  Makronun fiaskosu:  Parisə rədd cavabı verildi
  18 Fevral 2021    Oxunub:3197
Fransa prezidenti Emmanuel Makron Qərbi Afrikanın Sahel bölgəsindəki silahlı qruplarla mübarizə aparan 5100 nəfərlik “Barkhane” qüvvələrinin təcili olaraq azaldılmasını istisna edib və bununla bağlı rəsmi açıqlamanı səhv kimi dəyərləndirib.
Azvision.az xəbər verir ki, bu barədə "Aljazeera" nəşri yazıb.

Məlumata görə, Makron bölgədəki hərbi kampaniyaların gələcəyini müzakirə etmək üçün "G5" adlanan Sahel ölkələrinin - Burkina Faso, Çad, Mali, Mavritaniya, Niger və onların müttəfiqlərinin virtual zirvəsindən sonra qüvvələr sayının azaldılması qərarını geri çevirdiyini bildirib.

“Vaxtı gələndə Saheldəki hərbi yerləşdirmə ilə bağlı əhəmiyyətli olan dəyişikliklərlə əlaqədar qərar veriləcək, ancaq bu, dərhal olmayacaq” ,- deyə Makron Parisdə jurnalistlərə açıqlama verib.

Geriyə addım atan Makron əlavə edib: "Bu, ilk növbədə Sahel tərəfdaşlarımızla və bizə kömək göstərməyi qəbul etmiş ortaqlarımızın əldə etdiyi nəticələrə və nisbət dərəcəsinə əsaslanacaq".

Vaxtilə Malinin şimalındakı qanunsuz ərazilərdə qalmış “Əl-Qaidə” və “İŞİD”lə əlaqəli silahlı qruplar son illərdə Sahelin sıx yerlərində - Burkina Faso və Nigerə yayılaraq hakimiyyət uğrunda mübarizə aparır, təhlükəsizlik qüvvələrinə hücum edir və etnik gərginliyi artırırr.

Bu ərazilərdə hakimiyyət qüvvələri ilə "İŞİD" və "Əl-Qaidə"yə bağlı silahlı qruplar arasındakı qarşıdurma son 10 ildə minlərlə insanın ölümünə, çox sayda insanların evlərindən didərgin düşməsinə səbəb olub.

Təhlükəsizliyin pisləşməsi nəhəng bir humanitar böhran yaradıb, kənd təsərrüfatının zəifləməsi iqtisadiyyatı məhv edib və yardım səylərini azaldıb.

Bölgənin keçmiş müstəmləkə gücü olan Fransa ölkənin şimalını işğal etmiş üsyançı qruplara qarşı Maliyə müdaxilə etmək üçün qoşun göndərdikdən səkkiz il sonra çıxış strategiyası axtarır.

Fransa Malinin şimalında üsyançıları dağıtsa da, Saheldəki əməliyyat milyardlarla dollara başa gəlib və 55 fransız əsgəri öldürülüb, eyni zamanda ölkədə daxili strategiyanın nəzərdən keçirilməsinə çağırışlar başlayıb.

Keçən il Paris "Barkhane" qüvvələrinin sayını Birləşmiş Millətlər Təşkilatı, amerikalı və avropalı ortaqları ilə birlikdə 5100 əsgərə qədər artırıb.

“Önümüzdəki aylarda iştirakçılığımızı dəyişdirməyəcəyik. Digər vacib əməliyyatlara başlayacağıq və hər şeydən əvvəl Çad batalyonu, Mali səfərbərliyi və Mavritaniyanın töhfələri ilə güclənəcəyik”, - deyə Afrikada uğursuzluğa düçar olan Makron əlavə edib.

Zirvə toplantısı zamanı Çad ən intensiv döyüşlər gedən - Burkina Faso, Mali, Nigeri birləşdirən “üç sərhədli” bölgəyə 1200 əsgər yerləşdirməyi planladığını bildirib.

Makron daha sonra bildirib ki, Fransanın mövcudluğunda "dəyişikliklər" digər ölkələrin Mali və Niger orduları ilə birlikdə Sahel bölgəsində üsyançılara qarşı Takuba əməliyyatında iştirakından asılı olacaq.

Takuba Fransanın digər Avropa tərəfdaşları ilə bəzi hərbi öhdəliklərin bölüşməsi cəhdinin bir parçasını təşkil edir. Bunun çərçivəsində Aİ ölkələrdən bölgəyə 150 xüsusi təyinatlı qüvvə yerləşdiriləcək. Çexiya, Estoniya və İsveç artıq öz qüvvələrini bu bölgəyə göndəriblər

Makron Macarıstan, Yunanıstan və Serbiyanın bir sıra Avropa ölkələrindən ibarət beynəlxalq qüvvələrə qoşulmağa hazır olduqlarını söyləyib. Lakin Almaniyanın xarici işlər naziri Heyko Maas Berlinin Saheldeki əlavə hərbi missiyalar üçün əsgər təmin etməyəcəyini söyləyərək, almanların döyüş əməliyyatlarında iştirak etməsi üçün Fransanın təklifini rədd edib.

"Almaniya Saheldəki hər iki beynəlxalq missiyada EUTM (Avropa təlim missiyasında) və MINUSMA-da (BMT missiyasında) çox sayda əsgərlə iştirak edir

"Hazırda bunun xaricində başqa missiyalarda iştirak etmək niyyətində deyilik", - Mass əlavə edib.

Almaniya XİN-in Fransaya rədd cavabı bu ölkənin rəhbəri Emmanuel Makronun böyük fiaskosundan xəbər verir. Ümumilikdə isə milyardlarla dolların xərcləndiyi Afrika əməliyyatlarında Fransa uğur qazana bilmədi, əvəzində daha çox itkilərə məruz qaldı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QərbiAfrika  





Xəbər lenti