“Peyvənd olunmaq üçün müraciət edənlər çoxdur” - Həkim

 “Peyvənd olunmaq üçün müraciət edənlər çoxdur” -  Həkim
  19 Fevral 2021    Oxunub:2396
Peyvənd olunmaq üçün poliklinikamıza müraciət edənlər çoxdur. Hazırda növbəsini gözləyənlər var və biz hər bir vətəndaşın peyvənd olunması üçün növbəni formalaşdırırıq. Hamı ruh yüksəkliyi ilə gəlir və peyvənd olunur. Əvvəlki dövrdə tərəddüd edən insanlar indi vaksinasiyaya maraq göstərirlər.
Bunu Azvision.az -a açıqlamasında 2 nömrəli şəhər polklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib. O bildirib ki, bu gün səhər saatlarından indiyədək 50 və 65 yaşdan yuxarı 38 nəfər vaksinasiyadan keçib, proses uğurla davam edir.

"Vaksinasiya olunan şəxslərdə ciddi fəsadlaşma qeydə alınmayıb. Yanvarın 18-dən bu günə qədər 400-dən çox şəxs bizim poliklinikada vaksin vurdurub, hər biri də yaxşıdır. Yüngül başağrısı, halsızlıq ola bilər, bunlar peyvəndin yan təsirləri deyil".

Vaksin gətirilərkən soyuq zəncir prinsipinə əməl olunduğunu deyən baş həkimin müavini bildirib ki, iki gün öncə 1000 doz vaksin poliklinikaya təhvil verilib.

"Bunlar hələ bitməyib. Vaksinlər yetərlidir, hamıya çatacaq, heç kim narahat olmasın".

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksinasiya   Koronavirus  





Xəbər lenti