“Beynəlxalq arenada təslimçilik simvoluna çevrildik” - Erməni ekspert

 “Beynəlxalq arenada təslimçilik simvoluna çevrildik” -  Erməni ekspert
  19 Fevral 2021    Oxunub:2211
“Siyasi İqtisadiyyat” Araşdırma İnstitutunun rəhbəri Andranik Tevanyan ölkəsinin 33 il əvvəl olduğu kimi hər şeyi sıfırdan başlamağa məcbur qaldığını deyib.
Azvision.az xəbər verir ki, Tevanyan Ermənistanın xəritədən müstəqil dövlət kimi silinməsi ehtimalının artdığını söyləyib:

"Biz 33 il əvvəlki dövrə geri qayıtdıq. 20 fevral 1988-ci il "Qarabağ hərəkatı"nın başlandığı gün hesab olunur. Müstəqil Ermənistanımız var idi, Qarabağ müharibəsində qələbə əldə etmişdik, ordumuz güclü idi.

2020-ci ildəki müharibə nəticəsində "Artsax dövlətçiliyi" 44 günlük yalanlar, saxtalaşdırma, axmaqlıq və xəyanət pərdəsi altında itirildi. Nikol Ermənistanın dövlətçiliyini ciddi şəkildə şübhə altına atmağı bacardı. İndi bizim nizami ordumuz yoxdur. Ermənistan sərhədləri GPS-lə təhvil verilir. Dünya xəritəsinin yenilənməsi ərəfəsində Ermənistan vətəndaşları beynəlxalq arenada təslim olmağın simvolu kimi meydana çıxırlar. Ermənistan hələ də yalnız Rusiya amilinə görə dünyanın siyasi xəritəsində qalır. Ancaq bu çox davam edə bilməz. Bir neçə ayımız qalıb. Sonra geri dönməz şeylər olacaq”.

Ekspert deyib ki, indiki siyasi qüvvələri hakimiyyətdə saxlamaq Ermənistanı vilayətə çevirmək deməkdir. Bu gedişlə Ermənistan ən yaxşı halda Rusiyanın əyalətinə çevriləcək.

“Hələ bunun özü də böyük bir sualdır. Moskva bu yükün altına girmək istəyərmi və ya edə biləcəkmi? Rusiyaya və İrana, müttəfiq kimi xüsusən də Moskva üçün yük olmayacaq, layiqli, müstəqil Ermənistan lazımdır.

1988-ci ildə başladığımız hərəkatla "tarixi" nəticələr əldə etmişdik və 2020-ci ildə demək olar ki, hər şeyi itirdik. İnsanların çoxu müxalifətdən narazıdır. Nadir istisnalar xaricində 30 yaşlı siyasi elitamız çürüyüb”.

Tural Tağıyev
Azvision.az


Teqlər:





Xəbər lenti