Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirildi

   Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirildi
  20 Fevral 2021    Oxunub:2756
Fevralın 19-da Ankarada Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib.
Azvision.az xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Fuat Oktay iclasda çıxış ediblər.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, təhsil naziri Emin Əmrullayevin, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin, xarici işlər nazirinin müavini Xələf Xələfovun, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədovun və digər rəsmi şəxslərin qatıldığı iclasda qarşılıqlı əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

Baş nazir Əli Əsədov və vitse-prezident Fuat Oktay Hökumətlərarası Komissiyanın Protokolunu imzalayıblar.

Sonra Türkiyənin vitse-prezidenti və Azərbaycanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər.

Azvision.az


Teqlər: Türkiyə   Baş-Nazir   İclas   Hökumət  





Xəbər lenti