Gürcüstanın yeni hökuməti: Nazirlərin adları açıqlandı

   Gürcüstanın yeni hökuməti:    Nazirlərin adları açıqlandı
  20 Fevral 2021    Oxunub:2204
Gürcüstan hökumətinin yeni tərkibi parlamentə təqdim edilib.
Azvision.az xəbər verir ki, İrakli Qaribaşvilinin rəhbərlik edəcəyi hökumətdə iki yeni nazir olacaq.

Parlamentə təqdim olunan siyahıda Mixeil Şxenkeli təhsil, elm, mədəniyyət və idman naziri, Levan Davitaşvili ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri, Natia Turnava iqtisadiyyat və dayanıqlı inkişaf naziri, Cuanşer Burçuladze müdafiə naziri, Yekaterina Tikaradze məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri, Qoça Lortkipanidze ədliyyə naziri, İrakli Karseladze regional inkişaf və infrastruktur naziri, David Zalkaliani xarici işlər naziri, İvane Maçavariani maliyyə naziri, Vaxtanq Qomelauri daxili işlər naziri, Tea Axvlediani isə barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifələrinə namizəd irəli sürülüblər.

Qeyd edək ki, Gürcüstan parlamentində yeni hökumətin tərkibinə fevralın 22-də baxılacaq.

Azvision.az


Teqlər: İrakliQaribaşvili  





Xəbər lenti