Emin Əmrullayevdən yeni təyinatlar - FOTO

   Emin Əmrullayevdən yeni təyinatlar -    FOTO
  20 Fevral 2021    Oxunub:3055
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə yeni təyinatlar həyata keçirilib.
BŞTİ-dən Azvision.az -a verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Teymur Əhmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər T. Əhmədov BŞTİ-nin Hüquq sektorunun müdiri vəzifəsində çalışıb.

Təhsil nazirinin digər əmrlərinə əsasən, Anar Mustafazadə Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsinə təyin olunub.

BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinə də yeni təyinat olub. Belə ki, İlkin Həsənov Mərkəzin direktoru vəzifəsinə təyin edilib.



Azvision.az


Teqlər: BŞTİ   Kadr   Təyinat  





Xəbər lenti