Azərbaycanla Türkiyə arasında daha 4 sənəd imzalanıb

  20 Fevral 2021    Oxunub : 1792
   Azərbaycanla Türkiyə arasında daha 4 sənəd imzalanıb
Nazirlər Kabineti Ankarada fevralın 19-da keçirilən Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının sonunda iqtisadi əməkdaşlığa dair imzalanan sənədlərin siyahısını açıqlayıb.
Azvision.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, həmin sənədlər aşağıdakılardır:

- ​Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol;

- ​Halal akkreditasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

-​ Türk Akkreditasiya Agentliyi (TÜRKAK) ilə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Əməkdaşlıq Protokolu;

-​ Nəqliyyat və elm texnologiyaları sahələrində tədqiqat və inkişaf fəaliyyətləri istiqamətində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın 9-cu iclasının Protokolu və Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığına dair fəaliyyət planını Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay imzalayıblar.

İmzalamadan sonra Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay mətbuata açıqlama ilə çıxış ediblər.

Qeyd edək ki, iclasda 8-ci iclasda qəbul olunmuş qərarların həyata keçirilməsinin vəziyyəti müsbət qiymətləndirilib.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə Prezidentlərinin müəyyənləşdirdiyi 2023-cü ildə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırmaq haqda tapşırığı həyata keçirmək əsas hədəfdir.

Növbəti illərdə iqtisadi və ticarət əlaqələrini sürətləndirməyin yolları müzakirə olunub.

Azvision.az

Teqlər: Azərbaycan   Türkiyə   Sənədlər