Ucarda “Mercedes” su kanalına aşdı - Ölənlər var

  20 Fevral 2021    Oxunub : 2842
Ucarda “Mercedes” su kanalına aşdı -  Ölənlər var
Ucar rayonunun Qaracallı kəndi ərazisində “Mercedes” markalı minik avtomobili su kanalına aşıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir ) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: Ucar   Qəza