Türkiyədə zəlzələ təşviş yaratdı

   Türkiyədə zəlzələ təşviş yaratdı
  21 Fevral 2021    Oxunub:2243
Aralıq dənizində, Türkiyənin Muğla vilayətinin Marmaris rayonuna yaxın bölgədə 4,1 bal gücündə zəlzələ olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Marmaris və Antalya ilə yanaşı ətraf ərazilərdə də hiss olunub. Yeraltı təkanlar əhali arasında təşviş yaradıb. Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur.

Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti