Dünyada koronavirusla bağlı son vəziyyət - STATİSTİKA

 Dünyada koronavirusla bağlı son vəziyyət -  STATİSTİKA
  22 Fevral 2021    Oxunub:1711
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 111 milyon 959 min 722 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 477 min 855 nəfərdir. İndiyədək 87 milyon 327 min 118 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 359 488 nəfər koronavirusa yoluxub, 9075 pasiyent dünyasını dəyişib.

Dünyada koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 28 765 423 nəfər virusa yoluxub, 511 133 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 005 850 yoluxma qeydə alınıb. Onlardan 156 418 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 168 164 nəfərdə virus aşkar edilib. Xəstələrdən 246 560 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 164 726 yoluxma, 83 293 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 115 509 nəfər virusa yoluxub ki, onlardan 120 580-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti