Adı qalıb, özü yox olan məşhur “Çay Evi” - FOTO

 Adı qalıb, özü yox olan məşhur “Çay Evi” -  FOTO
  22 Fevral 2021    Oxunub:7273
Ağdam şəhərində düşmən tərəfindən dağıdılan tikililərdən biri də məşhur "Çay evi"dir. Ermənilərin yerlə-yeksan etdiyi bu obyektdən geriyə müəyyən dəmir parçaları qalıb.
Vaxtilə dillər əzbəri olan məkan akademik Xudu Məmmədovun ideyası əsasında inşa olunub. "Çay evi"ni məscidin yanında tikmək qərara alınıb. "Çay evi"nin ortasında iri diametrli boru qalxıb. Hər tərəfdə kiçik həcmli borular konstruksiyalarla bir-birinə birləşib. Mərtəbələr arası arakəsmələr taxtadan olub. Borular taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilib. Hər mərtəbədə dörd qapı nəzərdə tutulub. Yuxarı mərtəbələrə məscidə baxan tərəfdə dairəvi şəkildə quraşdırılmış pilləkənlə qalxmaq mümkün olub. "Çay evi”nin tikintisi zamanı yüz tona yaxın metal konstruksiyadan istifadə edilib.

1986-cı ilin iyulun 26-da "Çay evi"nin açılışı olub.

İşğaldan sonra düşmən buranı tamamilə dağıdıb. 1993-cü ildə "Çay evi" Ermənistan silahlı qüvvələri tərəfindən yandırılaraq məhv edilib.





Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Ağdam   Çay-evi  





Xəbər lenti