“ABŞ nüvə sazişi üzrə iclasda iştirak edə bilməz” - İran XİN

 “ABŞ nüvə sazişi üzrə iclasda iştirak edə bilməz” -  İran XİN
  22 Fevral 2021    Oxunub:1641
ABŞ nüvə razılaşmasına dair iclasda iştirak edə bilməz, çünki müqavilənin iştirakçısı deyil.
Azvision.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, Tehran bu cür tədbirlərdə ABŞ-ın qonaq statusunda iştirakçılığını nəzərdən keçirir.

Bundan əvvəl Avropa İttifaqının Xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano, qurumun ABŞ-ın iştirakilə İranın nüvə razılaşmasına dair qeyri-rəsmi toplantı çağırması ehtimalı ilə bağlı sıx məsləhətləşmələr apardığını söyləyib.

"Avropa İttifaqı və koordinatorun razılığa gəldiyi məsələni Cozef Borrelin (Aİ-nin Ali nümayəndəsi) yaxşı niyyəti hesab edirik, onun səyləri Birgə Hərtərəfli Fəaliyyət Planının davam etdirilməsinə yönəldilib. ABŞ burada iştirakçı deyil, İran hazırda Birləşmiş Ştatların qonaq qismində dəvət ehtimalını araşdırır”, - Xətibzadə deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti