Erməni deputat xalqı hədələdi: Qiyama qalxanlar güllələnəcək

Erməni deputat xalqı hədələdi:  Qiyama qalxanlar güllələnəcək
  22 Fevral 2021    Oxunub:3272
Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyanın üzvü Andranik Koçaryan ölkə müxalifətini təhdid edib.
Azvision.az xəbər verir ki, o, dolayısı ilə dövlətin çevrilişə cəhd olacağı təqdirdə təxribatçılara atəş açmaq hüququnun olduğunu bildirib.

Müxalifətin insanları hakimiyyəti qiyamla ələ keçirməyə hazırlamasına gəlincə, Koçaryan dövlətin öz vətəndaşlarını hər bir vasitə ilə qorumağa hazır olduğunu deyib. O, həmçinin dövlətin kimlərisə işdən çıxarma hüququna sahib olduğunu da xatırladıb.

Xatırladaq ki, 20 fevral aksiyasından sonra müxalifət liderləri xalqın hakimiyyəti devirmək üçün mitinqlərdən əlavə "B" variantına da hazır olmasını bəyan etmişdi. Bu isə dövlət binalarının tutulması, qiyamla, zor gücü ilə hökumətin iflic vəziyyətinə gətirilməsindən ibarətdir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti