“Nikol Paşinyan babası kimi satqındır” - Erməni jurnalist

 “Nikol Paşinyan babası kimi satqındır” -  Erməni jurnalist
  22 Fevral 2021    Oxunub:3463
Məşhur erməni jurnalist və bloger Karen Vrtanesyan baş nazir Nikol Paşinyanın əməllərinə görə babasına bənzədiyini deyib.

Azvision.az xəbər verir ki, onun sözlərinə görə, Nikol xəyanətkarlıqda, satqınlıqda adını daşıdığı məşhur babasını da geridə qoyub.
"Yadınızdadırsa, müəyyən bir vaxtda Ermənistan baş naziri Nikol Paşinyanın babasının İkinci Dünya Müharibəsi zamanı düşmənə satılması barədə tarix müzakirə olundu. Həmin məsələlər tez bir zamanda unuduldu. İndi demək olar ki, bu hekayənin həqiqət olduğuna şübhə etmirəm. Nəvə artıq öz "uğurları" ilə babasını dəfələrlə üstələyib...", - deyə erməni jurnalist vurğulayıb.

Xatırladaq ki, ötən ilin may ayında Nikol Paşinyanın babasının faşistlərə xidmət etdiyi, onlarla əməkdaşlığa getməsi məlum olmuşdu.

Paşinyan babası, 1913-cü il təvəllüdlü Nikol Paşinyanın fotosunu paylaşaraq, onun İkinci Dünya müharibəsi illərində "vətən" üçün döyüşdüyünü qeyd etmişdi. Bu paylaşımdan sonra Ermənistan mətbuatı araşdırma apararaq, arxivlərdən baba Paşinyanın əslində faşistlərə xidmət etdiyini üzə çıxarmışdı. Mətbuatın araşdırması zamanı məlum olub ki, Ermənistan SSR-in Yenokavan bölgəsində anadan olmuş Nikol Paşinyan düşmənlə əməkdaşlıq edib və öldürülüb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti