“Artıq narkomanlığa xəstəlik kimi baxırlar” - Şöbə müdiri

 “Artıq narkomanlığa xəstəlik kimi baxırlar” -  Şöbə müdiri
  22 Fevral 2021    Oxunub:2126
Narkoloji Mərkəzə müraciət edən şəxslər əsasən 25-45 yaş arasında olur. Bu xəstələr çox az hallarda ilkin mərhələdə sağalmaq üçün müraciət edirlər. Xəstələr əsasən asılılığın son mərhələsində, əziyyət çəkəndə müraciət edirlər.
Azvision.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Zamin Əliyev deyib.

O qeyd edib ki, əvvəllər narkotik istifadəçiləri həkim narkoloqa müraciət edərkən ətraf mühitin basqısından qorxurdu, amma bu gün buna xəstəlik kimi baxırlar.

“Artıq xəstələr rahat şəkildə müalicə olunmaq üçün müraciət edirlər. Hər bir yaşda mərkəzə müraciət edən xəstələr var. Adətən belə şəxslər bilmədən, dostlarının təkidi ilə narkotikdən asılı olurlar. İlk dövrlərdə düşünürlər ki, onu istədikləri vaxt ata biləcək. Lakin zaman keçdikcə daha da asılı olurlar”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti