“Konfindustriya Azərbaycan”ın yaradılmasını rəğbətlə qarşılayırıq - Səfirlik

“Konfindustriya Azərbaycan”ın yaradılmasını rəğbətlə qarşılayırıq -  Səfirlik
  22 Fevral 2021    Oxunub:2213
İtaliyanın Bakıdakı səfirliyi "Konfindustriya Azərbaycan"ın yaradılmasını böyük rəğbətlə qarşılayır.
Azvision.az xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

“Bakıdakı Konfindustriya qərargahı səfirliyin və ICE – İtalyan Ticarət Agentliyinin qətiyyətli dəstəyinə arxalana bilər. Bundan əlavə, Azərbaycanda mövcud olan İtalyan şirkətlərini və bu bazara daxil olmaq niyyətində olan şirkətləri dəstəkləməklə, burada ölkəmizin sahibkarlıq sistemi üçün əsas istinad nöqtəsini təşkil edə biləcəkdir", - deyə məlumatdaa qeyd edilib.

Xatırladaq ki, İtalyan Sənayeçiləri Dərnəyinin (Confindustria Italia) bir sıra ölkələrdə filialları fəaliyyət göstərir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya   Səfirlik  





Xəbər lenti