İrəvandakı mitinq nəyi göstərdi – ŞƏRH

   İrəvandakı mitinq nəyi göstərdi –    ŞƏRH
  22 Fevral 2021    Oxunub:2038
Ermənistanın birləşmiş müxalifətinin İrəvandakı Azadlıq meydanında keçirdiyi mitinq və bu kontekstdə gedən proseslər bir sıra vacib məqamları üzə çıxarıb. Aksiyanı “AzVision”a şərh edən Strateji Kommunikasiyalar Mərkəzinin sədr müavini Əli Abdullayevin sözlərinə görə, təxminən 30 minə yaxın şəxsin meyanda çıxması ondan xəbər verir ki, havanın istiləşməyə doğru getməsilə etirazlara qoşulan insanların sayı da artacaq.
- Önəmli məqam ondan ibarətdir ki, müxalifət qrupları birgə mitinqlərin keçirilməsi fikrini dəstəkləsələr də, erkən seçkilərə vahid blok formasında getməkdə fikir ayrılığı yaşayırlar. Vazgen Manukyan aksiyadakı çıxışında Robert Koçaryan və Serj Sarkisyanı nəzərdə tuturaq, əvvəllər hakimiyyətdə olan şəxslərin yenidən iqtidara qayıtmasının doğru olmadığını bildirib. Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası da seçkilərdə tək iştirak etmək istəyir. Bu, o deməkdir ki, müxalifət cəbhəsi Paşinyanın hakimiyyətdən gedəcəyi təqdirdə qurulacaq müvəqqəti hökumətin tərkibilə bağlı yekdil qərara gələ bilmir,- deyə Əli Abdullayev vurğulayıb.



Onun sözlərinə görə, müxalifətin bəzi liderləri, xüsusilə Robert Koçaryan ümumiyyətlə, müvəqqəti hökumətə ehtiyacın olmadığını düşünür və belə bir hökumətin qurulmasının özləri üçün yeni risklər yarada biləcəyini hesab edirlər. Güman ki, qarşıdakı dövrdə müxalifət təzyiqləri artıraraq, növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmaq üçün əlindəki bütün vasitələrdən istifadə edəcək. “Nikol Paşinyanın öz istəyilə hakimiyyətdən getməyəcəyini bilən müxalifət onu devirmək üçün əsas silahın kütləvi etiraz aksiyaları olduğunu anlayır. Ona görə də, aksiyaların kütləviliyini təmin etmək məqsədilə əhali arasında iş aparmaqdadır”,- deyə ekspert əlavə edib.

Azvision.az




Teqlər: Ermənistan  





Xəbər lenti