Yasamaldakı yanğın söndürülüb - YENİLƏNİB

Yasamaldakı yanğın söndürülüb -  YENİLƏNİB
  22 Fevral 2021    Oxunub:2715
Bakı şəhərinin Yasamal rayonunda 20 Yanvar dairəsinə yaxın ərazidə yerləşən binanın zirzəmisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Azvision.az-a FHN-dən bildirilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsinə yaxın ərazidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Bu barədə Azvision.az -a FHN-in Mətbuat xidmətindən bildirilib.

İlkin məlumata görə, binanın zirzəmisində taxta tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının sahəsinin genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

Azvision.az


Teqlər: Bakı   Yanğın   FHN  





Xəbər lenti