Yalçın Rzazadə Lənkəranda dəfn olunub - YENİLƏNİB
Azvision.az-ın məlumatına görə, mərhum sənətkarla yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə onun sənət yoldaşları iştirak ediblər.
***
(10:50)
Ötən gün dünyasını dəyişən Xalq artisti Yalçın Rzazədənin harada dəfn olunacağı dəqiq bilinmir.
Bu barədə Azvision.az -a açıqlamasında sənətkarın oğlu Orxan Rzazadə deyib.
"Dəfn mərasiminin harada olacağı dəqiqləşməyib. Ola bilsin, cənazəni Lənkərana apardıq", - deyə Xalq artistinin oğlu söyləyib.
Qeyd edək ki, Yalçın Rzazədə uzun sürən xəstəlikdən sonra ötən gün haqq dünyasına qovuşub.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: YalçınRzazədə