Ermənistanda polis müxalifət fəalını döyüb - VİDEO

 Ermənistanda polis müxalifət fəalını döyüb -  VİDEO
  23 Fevral 2021    Oxunub:2094
Bu gün Ermənistanda müxalifətin təşkil etdiyi mitinq zamanı polis tərəfindən xeyli sayda saxlanılan olub.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, "Daşnaksütyun" partiyasının nümayəndəsi İşxan Sağatelyan polis tərəfindən təzyiqlərə məruz qalıb.

"Polisin güc tətbiq etməsi nəticəsində Sağatelyanda beyin silkələnməsi baş verib və ağır sarsıntı keçirən müxalifətçinin burnundan qan gəlib. Onlarla polis Sağatelyana hücum edib. Nəticədə o, burnundan və ağzından xəsarətlər alıb. Lakin güc tətbiq olunmasına baxmayaraq, polis onu saxlaya bilməyib" , - deyə məlumatda qeyd olunub.



Tural Tağıyev
Azvision.az


Teqlər:





Xəbər lenti