Çavuşoğlu Ankaradakı üçtərəfli görüşdən danışdı

 Çavuşoğlu Ankaradakı üçtərəfli görüşdən danışdı
  24 Fevral 2021    Oxunub:2063
2014-cü ildə əsası qoyulan Azərbaycan, Türkiyə, Türkmənistan üçtərəfli platforması bölgənin inkişafına mühüm töhfələr verib.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən üçtərəfli görüşdən sonra bildirib.

XİN rəhbəri bildirib ki, görüşdə nəqliyyat və enerji məsələləri gündəlikdəki əsas mövzulardan olub. Nazir Azərbaycan ilə Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı imzalanan Anlaşma Memorandumundan Türkiyənin məmnunluğunu ifadə edib.

M.Çavuşoğlu qeyd edib ki, görüşdə, həmçinin terrorizmlə mübarizə, İslam ölkələri arasında əməkdaşlıq əlaqələrinə dair məsələlər də müzakirə edilib. Görüşün səmərəli keçdiyini söyləyən türkiyəli nazir gələcək əməkdaşlıqla bağlı önəmli təkliflərin olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Azvision.az


Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti