“YAŞAT”a toplanan vəsait 30 milyon manatı ötdü

   “YAŞAT”a toplanan vəsait 30 milyon manatı ötdü
  25 Fevral 2021    Oxunub:2151
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 30 milyon manatı ötüb.
Azvision.az xəbər verir ki, Fonda toplanan vəsait 30 038 025.44 manatdır. Həmin vəsaitdən 16 434 136.55 manatı fiziki şəxslər, 13 603 888.89 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 10 039 896.45 manatı xərclənib. Vəsaitin qalığı isə 19 998 128.99 manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond   Vəsait  





Xəbər lenti