Şoyqu Ermənistanın müdafiə nazirinə zəng edib

 Şoyqu Ermənistanın müdafiə nazirinə zəng edib
  26 Fevral 2021    Oxunub:2236
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə ermənistanlı həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Bildirilib ki, nazirlər Ermənistandakı daxili siyasi vəziyyəti müzakirə ediblər. Bundan əlavə, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Rusiya   Şoyqu   Ermənistan  





Xəbər lenti