Ermənistan prezidenti Qasparyanla görüşdü - YENİLƏNİB

Ermənistan prezidenti Qasparyanla görüşdü -  YENİLƏNİB
  27 Fevral 2021    Oxunub:3126
Ermənistan prezidenti Armen Sarksyan Silahlı Qüvvələrin Baş Qərargahna gəlib.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, o, Baş Qərargah rəisi Onik Qasparyanla görüşüb.

Qeyd edək ki, bundan əvvəl prezident parlament sədri Ararat Mirzoyanla, parlament qruplarının rəhbərlərilə, həmçinin müxalifətdəki "Vətənin qurtuluş hərəkatı”nın rəhbəri Vazgen Manukyanla, onun həmkarları Artur Vanetsyan və Vahram Bağdasaryanla da görüş keçirib.

***
(15:57)

Ermənistan prezidenti Armen Sarkisyan silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanla görüşməyi planlaşdırır.

Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar.

Qeyd edilir ki, prezident administrasiyasından verilən məlumata görə, Armen Sarkisyan gərginliyi azaltmaq və ölkədəki qarışıq vəziyyətin dinc şəraitdə həlli yollarını tapmaq üçün bir sıra müzakirələrə başlayır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Gərginlik  





Xəbər lenti