Bakı və Abşeronda "Kənddən Şəhərə" yarmarkası keçirilir

 Bakı və Abşeronda "Kənddən Şəhərə" yarmarkası keçirilir
  27 Fevral 2021    Oxunub:10455
Bakı və Abşeron ərazisində üç fərqli yerdə "Kənddən Şəhərə" yarmarkası keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq.

Yarmarkanın ünvanları:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Azvision.az


Teqlər: Yarmarka  





Xəbər lenti