Yoluxma sayı artdı: Daha 5 nəfər vəfat etdi

  27 Fevral 2021    Oxunub : 2577
 Yoluxma sayı artdı:  Daha 5 nəfər vəfat etdi
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 172 nəfər müalicə olunaraq sağalıb, 278 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 234 min 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 228 min 651 nəfər müalicə olunaraq sağalıb, 3218 nəfər vəfat edib. Aktiv xəstə sayı 2398 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 591 min 235 test aparılıb. Bugünkü test sayı isə 7873-dür.

Azvision.az

Teqlər: Koronavirus   Yoluxma