“Ermənistanı qəsdən fəlakətə aparırlar” - Edmon Marukyan

  28 Fevral 2021    Oxunub : 2974
 “Ermənistanı qəsdən fəlakətə aparırlar” -  Edmon Marukyan
"Ermənistandakı qeyri-sabit və qeyri-müəyyən siyasi vəziyyət hələ bir müddət davam edəcək, ölkəni qəsdən fəlakətə aparırlar".

Azvision.az xəbər verir ki, bu barədə "Maariflənmiş Ermənistan" partiyasının lideri və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan Baş Qərargah rəisi Onik Qasparyanla bağlı hadisələri şərh edərkən deyib.
O bildirib ki, Ermənistan prezidentinin Konstitusiya Məhkəməsinə müraciət edəcəyini düşünür. Məhkəmə Baş Qərargah rəisinin vəzifəsindən kənarlaşdırılması barədə vəsatətin ölkənin əsas qanununa uyğunluğu məsələsinə baxmalıdır. Prezidentin bunun üçün 3 günü var və məhkəmə də öz növbəsində şikayətə 10 gün ərzində reaksiya verməlidir.

"Baş aktyor- baş nazir vəziyyəti düzəltmək və daxili siyasi böhranı həll etmək üçün heç bir məsuliyyətli, uzaqgörən addım atmır. Belə çıxır ki, ölkə hələ 13 gün də qeyri-müəyyən, çıxılmaz vəziyyətdə qalacaq. Ölkəni qəsdən qeyri-müəyyənliyə və qeyri-sabitliyə sürükləyirlər, bunun nəticələri ağır olacaq".

Xatırladaq ki, baş nazir Nikol Paşinyan fevralın 25-də generalların baş naziri istefa verməyə tələb edən açıqlanmasından sonra Baş Qərargah rəisini işdən qovmaq haqqında qərar verib. O, bunu çevriliş cəhdi elan edib.

Ölkə müxalifəti Qasparyana dəstək göstərmək məqsədi ilə müddətsiz etiraz aksiyalarının başladığını bildirib və parlament binasının yaxınlığında çadırlar qurub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Etiraz   Ermənistan