İran səfirliyindən məlumatların Ermənistana ötürülməsi xəbərinə reaksiya

İran səfirliyindən məlumatların Ermənistana ötürülməsi  xəbərinə reaksiya
  01 Mart 2021    Oxunub:2238
Azərbaycan Respublikasının müdrik xalqının və cəmiyyətinin diqqətinə çatdırırıq ki, səfirlik üçüncü bir ölkənin KİV-lərinə istinadən yayılan "İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb və bu ölkəyə silah və yanacaq verib" xəbərlərini qətiyyətlə təkzib edir.
Bu barədə Azvision.az -a İranın Bakıdakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, İslam İnqilabının Ali rəhbərinin və İslam Respublikasının yüksək vəzifəli rəsmilərinin Azərbaycan Respublikasının mövqeyini açıq şəkildə dəstəkləmələri və işğalı qınamaları ilə bağlı açıq mövqeləri hamıya aydındır və bu mövqe dəfələrlə Azərbaycanın yüksək vəzifəli şəxsləri tərəfindən müsbət qiymətləndirilib.

"Azərbaycanın müdrik xalqı da son müharibə zamanı İran və Ermənistanın quru və hava sərhədlərinin bağlanması xəbərindən məlumatlı idi. Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bəyan olunub. İndi İranla bir növ təbliğat qarşıdurmasında iştirak edən üçüncü bir ölkə mənbəyinə istinadən yayılan təhrikedici xəbərlər tamamilə yalandır və tərəfimizdən təkzib olunur.

İran Dağlıq Qarabağ müharibəsinin həssas dövründə Azərbaycan Respublikasına siyasi və hərbi dəstək verib. İki millətin tarixi, mədəni və dini ortaqlıqlarını nəzərə alaraq, İran və Azərbaycan xalqlarının dostluğu əbədidir və heç bir qüvvə bu cür hərəkətləri ilə ona xələl gətirə bilməz".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İransəfirliyi  





Xəbər lenti