Paşinyan dediklərini təkzib edərək Kremli razı saldı

Paşinyan dediklərini təkzib edərək Kremli razı saldı
  01 Mart 2021    Oxunub:3817
Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən sonra ona “İsgəndər” məsələsində səhv məlumat verilməsi barədə açıqlamasından razı qaldı.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu məsələ ilə bağlı həqiqətin bərpa olunması çox vacibdir", - Peskov əlavə edib.

Xatırladaq ki, keçən həftə Paşinyan Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi zamanı “İsgəndər”dən istifadə etdiklərini, lakin raketlərin partlamadığını, yaxud 10% partladığını demişdi. Bu açıqlama Rusiyada kəskin narazılıq yaratdı. Ardınca Rusiya Müdafiə Nazirliyi müharibə müddətində "İsgəndər"dən istifadə edilmədiyini açıqlayaraq Paşinyanı təkzib etdi.

Bu gün isə Paşinyanın mətbuat katibi hökumət rəhbərinə “İsgəndər”lə bağlı yanlış məlumat verildiyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsgəndər  





Xəbər lenti