Putin Qorbaçovu təbrik edib

 Putin Qorbaçovu təbrik edib
  02 Mart 2021    Oxunub:1769
Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin ilk rəhbəri Mixail Qorbaçovu 90 illik yubileyi münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yer alıb.

Putin, onu tarixin gedişatına əhəmiyyətli dərəcədə təsir göstərən dövrün görkəmli xadimi adlandırıb.

Rusiya lideri bildirib ki, peşəkarlıq və həyat təcrübəsi, enerji və yaradıcılıq potensialı Qorbaçova ictimai, maarifləndirmə işlərində iştiraka, beynəlxalq humanitar layihələrin həyata keçirilməsinə diqqət yetirməyə kömək edir.

Qorbaçov 1985-1991-ci illərdə Sov.İKP Mərkəzi Komitəsinin baş katibi, daha sonra SSRİ-nin ilk prezidenti kimi Sovet İttifaqına rəhbərlik edib. 1991-ci ilin dekabrında Belovezhskaya sazişlərinin imzalanmasından sonra prezidentliyinə son verdiyini elan edib.

İstefasından sonra o, Qorbaçov Fondunu yaradıb. Keçmiş SSRİ-nin bir sıra respubliklarında, o cümlədən Azərbaycanda 1990-cı il 20 Yanvar qırğınını törədib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MixailQorbaçov  





Xəbər lenti