Bakıda yanğın: Bir nəfər tüstüdən zəhərləndi

   Bakıda yanğın:    Bir nəfər tüstüdən zəhərləndi
  03 Mart 2021    Oxunub:2622
Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin mətbəxində məişət tullantıları 3 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti