İsveçdə insanlara bıçaqla hücum edildi - Yaralılar var

  03 Mart 2021    Oxunub : 1808
İsveçdə insanlara bıçaqla hücum edildi -   Yaralılar var
İsveçin Vetland şəhərində naməlum şəxs insanlara bıçaqla hücum edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 8 nəfər yaralanıb. Yaralılardan ikisi ağır vəziyyətdədir.

Hadisə yerinə gələn polislər cinayətkara atəş açaraq, onu ayağından yaralayıblar. O, daha sonra xəstəxanaya yerləşdirilib.

İsveç polisi terror aktı versiyası irəli sürüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: İsveç   Hücum