Timoşenko çıxış etdi – VİDEO

Timoşenko çıxış etdi – VİDEO
  23 Fevral 2014    Oxunub:884
Bu gün gecə saatlarında Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliya Timoşenko "Maydan” hadisələrində həlak olan insanların xatirəsini yad etmək üçün Qruşevski küçəsini ziyarət ediv. Daha sonra bir baş Maydana yollanan eks nazir 50 min insanın qarşısında şıxış edib.
Yeriməkdə çətinlik çəkən Timoşenko əlil arabası vasitəsi ilə hərəkət edir.
Bu arada Ukraynanın yeni daxili işlər naziri Arsen Avakov öz işinin nəticələri barədə hesabat verib, bildirib ki, ilk günündə aksiya iştirakçılarından saxlanılan 64 nəfərin azadlığa buraxılması barədə qərar qəbul edib. AzVision.az RİA Novosti agentliyinə istinadən bu barədə nazirin Facebook səhifəsində bazar günü bildirilib.

"Son üç gün (64 nəfər) ərzində saxlanılan etiraz iştirakçılarının hamısının azad edilməsi barədə qərar qəbul edilib", - məlumatda deyilir.

Bundan başqa, Avakov bildirib ki, Daxili İşlər Nazirliyinin əvvəlki kollegiyasını buraxaraq yenisini təyin edib.

Nazir qeyd edib ki, Kiyevin küçələrində asayişin təmin olunması mövzusunda radikalların nümayəndələri və UTX rəhbərliyi ilə müşavirə keçirib.






Teqlər:





Xəbər lenti