Tovuz "ASAN Həyat" kompleksinin 1 ili - FOTOLAR

 Tovuz "ASAN Həyat" kompleksinin 1 ili  -   FOTOLAR
  04 Mart 2021    Oxunub:4186
Tovuz “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 mart 2020-ci il tarixində baş tutub.
Azvision.az xəbər verir ki, Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, “ABAD Factory” Bitkilərin Emalı və Qurudulması Fabriki, Kinoklub, ”ABAD məktəb” təlim mərkəzi, Hərbi Vətənpərvərlik Mərkəzi, ASAN Kafe fəaliyyət göstərir.



Tovuz regional “ASAN xidmət” mərkəzi ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 210 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 300-dən çox xidmət həyata keçirilir.



“ABAD Factory” Bitkilərin Emalı və Qurudulması Fabrikində rəqabətqabiliyyətli, ixracyönümlü 80 adda məhsulun istehsalı nəzərdə tutulur.

Kompleksdə fəaliyyət göstərən Kinoklubda hər birinin 58 nəfər tutumu olan 2 ədəd kinozal var.

Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 64 nəfərdir. Bundan başqa kafedə müxtəlif oyun avadanlıqları olan uşaq əyləncə guşəsi də var.



”ABAD məktəb” təlim mərkəzində gənclərinin tikiş, rəssamlıq, turizm, saz musiqi alətinin hazırlanması, informasiya texnologiyaları və aqrar-texniki peşələrə yiyələnmələri üçün lazımi şəraitə malik sinif otaqları mövcuddur.

Hərbi Vətənpərvərlik Mərkəzində gənclər hərb tariximiz, ordu quruculuğu barədə geniş məlumatlar almaqla yanaşı, ibtidai hərbi hazırlıq təlimlərində iştirak edə bilirlər.

Kompleksin həyətində vətəndaşların asudə vaxtlarını xoş keçirmələri üçün park salınmışdır. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası və açıq havada 40 yerlik kafe var.






Azvision.az


Teqlər: ASAN-Xidmət   Tovuz  





Xəbər lenti