İdman sahəsində 39 nəfər fəxri ad aldı

İdman sahəsində 39 nəfər fəxri ad aldı
  04 Mart 2021    Oxunub:4104
5 mart - Bədən tərbiyəsi və idman günü münasibətilə əlaqədar idmanın inkişafında və təbliğində xidmətləri olan mütəxəssislərə fəxri adlar verilib.
Bu barədə Azvision.az -a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Onun sözlərinə görə, 19 nəfərə fəxri bədən tərbiyəsi və idman işçisi, 14 nəfərə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 2 nəfərə Respublika dərəcəli hakim, 4 nəfərə isə Əməkdar idman ustası adı verilib.

Azvision.az


Teqlər: İdman   Fəxri-ad  





Xəbər lenti