“Qadınlarımız kişilərlə çiyin-çiyinə çalışır” - Bahar Muradova

 “Qadınlarımız kişilərlə çiyin-çiyinə çalışır” -   Bahar Muradova
  04 Mart 2021    Oxunub:4604
Qadınlarımız bütün imkanları, qüvvə və bacarıqları ilə kişilərlə bərabər, çiyin-çiyinə çalışırlar. Azərbaycanda qadına həmişə hörmət olub, hər zaman Ana adı uca tutulub.
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri bildirib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunun qəbul edilməsindən artıq 15 il ötür.

"Zaman keçdikcə bütün sahələrdə olduğu kimi qanunlarda da dəyişikliklərin edilməsi vacibdir. Düşünürəm ki, dövlət qurumlarının təqdim etdiyi bütün hesabatlar cins kateqoriyasına uyğun şəkildə aparılmalıdır. Gender həssas yanaşmanı özündə əks etdirməlidir.

Əsas təşkilatlarda, qurumlarda çalışan qadınların sayı deyil, görülən işdir. Gender mədəniyyətinin təbliğinə xüsusi diqqət yetirməliyik. Bütün səviyyələrdə hər sahədə təlimlərin aparılması məqsədəuyğun olardı”.

Azvision.az


Teqlər: Komitə   Sədr   Bahar-Muradova  





Xəbər lenti