Aram Qabrelyanov: “Ermənistanda “yeni Njde” yetişir”

      Aram Qabrelyanov:    “Ermənistanda “yeni Njde” yetişir”
  06 Mart 2021    Oxunub:4092
İrəvandakı qiyamçı vətənpərvərlərə tezliklə “yeni Njde” başçılıq edəcək.
Azvision.az xəbər verir ki, bunu erməni əsilli rusiyalı jurnalist Aram Qabrelyanov “Facebook” səhifəsində yazıb.

O hesab edir ki, Ermənistanın paytaxt İrəvanda daha iki-üç mitinq keçirilsə, qiyamçı vətənpərvərlərə “yeni Njde” başçılıq edəcək:

“Svil müxalifətin vəziyyəti dinc yolla idarə etməsi üçün o qədər də çox vaxt qalmayıb. Ermənistan hakimiyyətində türklərə qarşı yeni əksinqilabçılar arasında artıq “yeni Njde” yetişməkdədir. O gələndə bütün satqınların işi şuluq olacaq. O gələndə Vətənin bütün vətənpərvər övladları xoşbəxt olacaq”, - deyə Qabrelyanov bildirib.

Qeyd edək ki, İkinci Dünya müharibəsi illərində Hitler Almaniyası ilə əməkdaşlıq etmiş erməni əsilli faşist Qaregin Njde Ermənistanda faşizmin "qəhrəmanlıq" simvolu hesab olunur.

Azvision.az


Teqlər: AramQabrelyanov  





Xəbər lenti