İspaniyada 8 Mart mitinqinə icazə verilmədi

İspaniyada 8 Mart mitinqinə icazə verilmədi
  08 Mart 2021    Oxunub:2498
İspaniyanın Konstitusiya Məhkəməsi 8 mart tarixində Madriddə həmkarlar ittifaqları tərəfindən mitinqlərin keçirilməsinə icazə verməyib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə məhkəmədən bildirilib.

Keçən həftə hökumət COVID-19 epidemiyası səbəbiylə Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bütün kütləvi mitinqləri və tədbirləri qadağan edib. Təşkilatçılar bu qərarı Madrid Ali Məhkəməsində mübahisələndirib, lakin qərar hakimiyyətin xeyrinə olub.

Ölkənin iki ən böyük həmkarlar ittifaqı - İşçilər Komissiyaları (CCOO) və Zəhmətkeşlərin Ümumi Birliyi (UGT) Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: 8mart   İspaniya   Aksiya  





Xəbər lenti